AĞSTAFA HAQQINDA ÜMUMİ MƏLUMAT.
AĞSTAFA- rayonu Gəncə-Qazax iqtisadi rayonun ərazisinə daxil edilmişdir. Kür çayının mənsəbində Paytaxtdan 461 km qərbdə yerləşir. Ağstafa rayonu Azərbaycan-Gürcüstan, Qara dəniz sistemləri ilə birləşdirən dəmir yolları və avtomobil yolları üzərində, əsas nəqliyyat qovşağında yerləşir. Rayonun ərazisindən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Ərzurum qaz kəməri və İpək yolunun keçməsi onun iqtisadiyyatında önəmli rol oynayır. Dövlətimizin təbii sərvətləri olan neft və qazımızın dünya bazarına çıxaran ən əsas yollardan biridə məhs rayonumuz hesab edilir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsində rayonun əlverişli təbii şəraiti və iqtisadi coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır.
Ərazisi: 1504 kv. km
Əhalisi: 78,3 min nəfər
Qonşu rayonları: Tovuz, Qazax rayonları
Dövlət sərhədləri: Qərbdən Gürcüstanal 87 km, Ermənistanla 16 km.

